"Qalatasaray"ın futbolçusu Barış Alper Yılmaz karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. Sport24.az xəbər verir ki, NEOM türk vingeri transfer etmək istəyir.

 

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

Ərəblər artıq "Qalatasaray"a rəsmi məktub göndərib və oyunçu barədə məlumat istəyiblər. Super Liqa nəhəngi Barışı satmağın əleyhinə deyil. Onlar 45-50 milyon avro arası təzminat tələb edəcəklər.

 

Qeyd edək ki, "Qalatasaray" Barış Alper Yılmazı 2022-ci ilin yayında "Ankara Keçiörengücü"dən transfer edib. Türkiyə millisinin üzvü olan 25 yaşlı futbolçu Super Liqanın ilk turunun "Qaziantep"lə matçında 2 qol vurub, 1 məhsuldar ötürmə edib.