Mahir Emrelinin formasını geyindiyi "Kayzerslautern" Almaniya II Bundesliqasının 2-ci turunda doğma meydanda "Şalke"ni 1:0 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, azərbaycanlı hücumçu matçdan sonra sosial şəbəkə hesabında paylaşım edib.

 

28 yaşlı futbolçu qələbənin asan əldə olunmadığını bildirib:

 

"İlk qələbə heç vaxt asan əldə olunmur. Lakin inanılmaz dərəcədə vacibdir. Böyük dəstəyə görə təşəkkür edirəm".

 

Qeyd edək ki, Mahir Emreli "Şalke" ilə oyunda 72 dəqiqə meydanda olub.