"Neftçi" növbəti transferini həyata keçirib. Sport24.az xəbər verir ki, Mali milli komandasının sağ cinah müdafiəçisi Falaye Sako artıq "ağ-qaralar"ın üzvüdür.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.

 

Vətənindən başqa, Macarıstan, Belçika, Portuqaliya və Fransa liqalarında oynamış Sako son üç mövsümü Liqa 1-də "Monpelye"nin heyətində keçirib. O, Mali millisinin heyətində 42 matçda meydana çıxıb, 2 qol vurub.