UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunlarını stadionlardan izləmiş azarkeşlərin sayı bəlli olub. Sport24.az-ın məlumatına görə, Bolqarıstanda yerli "Levski" və "Sabah" komandaları arasında keçirilmiş matç tamaşaçı sayında 7-ci pillədə qərarlaşıb.
Sofiyadakı görüşdə 16163 tamaşaçı tribunada əyləşib.
Qeyd edək ki, qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 1:0. Bakıdakı cavab oyunu avqustun 14-də olacaq.