Klubun İdarə Heyətinin sədri Ehtiram Quliyevin təbirincə desək, yeni mövsümdə çempionluq uğrunda mübarizə aparacaq "Turan Tovuz" heyəti gücləndirməkdə davam edir. Sport24.az-ın əldə etdiyi məlumata görə, "boz qurdlar" yaxın günlərdə daha çox səs-küy doğuracaq transferi ictimaiyyətə açıqlayacaq.

 

Redaksiyamıza daxil olan bilgiyə əsasən, Tovuz klubu ötən mövsüm "Qarabağ"ın heyətində çıxış edən Marko Veşoviçlə ortaq məxrəcə gəlib. Qərb təmsilçisi monteneqrolu yarımmüdafiəçi ilə "1+1" şərti ilə anlaşıb.

 

Qeyd edək ki, "Turan Tovuz" mövsümlərarası fasilədə David Oliveyra Tavareş, Abdulla Rzayev, Roberto Olabe, Oleq Baklov, Filip Ozobiç və İbrahima Vacini "rənglərinə bağlayıb".