"Bavariya"nın futbolçusu Kinqsli Koman karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Əl-Nəsr" fransalı vingeri transfer etmək istəyir.

 

Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

 

Səudiyyə Ərəbistanı klubu Koman üçün "Bavariya" ilə danışıqlara başlamağa hazırlaşır. "Əl-Nəsr" 29 yaşlı ön xətt oyunçusu üçün 30 milyon avroluq təklif göndərəcək.

 

Qeyd edək ki, "Bavariya" Kinqsli Komanı 2015-ci ilin yayında "Yuventus"dan transfer edib. Təcrübəli oyunçu ötən mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.