İngiltərənin "Leyton Orient" klubunun yarımmüdafiəçisi Demetri Mitçel oğurluğun qurbanı olduğunu açıqlayıb.

 

Futbolçu sosial şəbəkə hesabında, Mançesterdən köçərkən naməlum şəxslərin onun avtomobilini oğurlayaraq bir sıra şəxsi əşyalarını apardığını yazıb. Bu barədə hər hansı məlumatı olan hər kəsi ona bildirməyə çağırıb.

 

Qeyd edək ki Miçel "Mançester Yunayted" akademiyasının yetirməsidir və "qırmızı şeytanlar"ın əsas komandasında bir oyun keçirib. 28 yaşlı yarımmüdafiəçi bu yay "Exeter City"dən "Leyton Orient"ə keçib.