"Ştutqart"ın yarımmüdafiəçisi Enso Miyo "Əl-Əhli" ilə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
23 yaşlı fransızla müqavilənin şərtləri açıqlanmayıb. "Transfermarkt" portalı sövdələşməni 28 milyon avro qiymətləndirir.
Qeyd edək ki, Miyo 2021-ci ildən "Ştutqart"da çıxış edir. Yarımmüdafiəçi 2024/25 mövsümündə "şvabiyalılar"ın heyətində 43 oyun keçirib, 12 qol vurub və 8 məhsuldar ötürmə edib.