"Real"ın gənclərdən ibarət komandanın baş məşqçisi Raul Qonsaleslə klubdan ayrılıb. Sport24.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Raul "Kral klubu"nun yetirməsidir və həyatının 18 ili madridlilərin düşərgəsində keçib.
Onu bu postda Alvaro Arbeloanın əvəzləyəcəyi gözlənilir.
Qeyd edək ki, Raul Qonsales 2019-cu ildən bu komandada işləyir. O, ikinci kollektivlə 2019/2020 mövsümündə UEFA Gənclər Liqasının qalibi olub.