"Lion" Argentina yığmasının yarımmüdafiəçisi Tyaqo Almadanı icarəyə götürüb. Sport24.az xəbər verir ki, DÇ-2022-nin dünya çempionu mövsümün sonuna kimi komandada çıxış edəcək.

 

23 yaşlı futbolçu "Botafoqo"da "Lion"a keçib. Almada 2024-cü ildə Braziliya təmsilçisinin heyətində 26 oyunda meydana çıxıb.

 

Qeyd edək ki, Tyaqo "Botafoqo" ilə Libertadoras kubokunu qazanıb.