Kiyev "Dinamo"su baş məşqçisi Aleksandr Şovkovskini istefaya göndərib. Sport24.az xəbər verir ki, bu barədə Ukrayna klubunun rəsmi saytı məlumat yayıb.
UEFA Konfrans Liqasının 5-cü turunda Kiprdə "Omoniya"ya məğlubiyyətdən (0:2) sonra bu qərar verilib.
"Dinamo" Konfrans Liqasında keçirdiyi 4 oyunun üçündə uduzub və yalnız birində qalib gəlib. Komanda 3 xalla 27-ci pillədə qərarlaşıb. Komanda Ukrayna Premyer Liqasında isə 13 turdan sonra 20 xalla 7-ci yerədidir.
Aleksandr Şovkovski "Dinamo"da 2023-cü ilin noyabrında Mirça Luçeskunu əvəzləmişdi. Klubun əfsanəsi sayılan keçmiş qapıçı futbolçu kimi 24 il (1992-2016) "Dİnamo"da çıxış edib və 426 oyuna çıxıb. O, baş məşqçi kimi də debütünü 2023-cü ildə "Dinamo"da etmişdi.