"Real" ın və "Barselona"nın baş məşqçiləri Karlo Ançelotti ilə Hans-Diter Flik İspaniya çempionatında ən çox maaş alan ilk 3 məşqçi arasındadır. Sport24.az xəbər verir ki, bu barədə Fransanın "L'Equipe" nəşri məlumat yayıb.
Ançelottinin maaşı, aylıq 910 min avrodur. Onun Barselonadakı həmkarı Hans-Dieter Flick bir qədər az alır - 830 min avro.
İspaniya La Liqasında ən çox maaş alan baş məşqçi isə Madrid "Atletiko"sunu çalışdıran Dieqo Simeonedir. Argentinalı mütəxəssisin aylıq məvacibi 2,17 milyon avro təşkil edir.