"Roma"nın hücumçusu Paulo Dibala karyerasını "Boka Xuniors"da davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə məlumatı ESPN paylaşıb.
32 yaşlı futbolçunun iyun ayında "Roma" ilə müqaviləsi başa çatacaq. Onun yayda Argentina klubuna qoşulmaq üçün ilkin razılığa gəldiyi bildirilib.
Qeyd edək ki, argentinalı futbolçu bu mövsüm "Roma"da bütün turnirlərdə 22 oyunda 3 qol vurub və 4 məhsuldar ötürmə edib.