"Arsenal"ın yarımmüdafiəçisi Deklan Rays komandasının Çempionlar Liqasının yarımfinalının cavab oyununda PSJ-ni məğlub edə biləcəyinə inanır. Sport24.az xəbər verir ki, o, bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlama verib:

 

"Hazırda düşərgədə əhval-ruhiyyə yüksəkdir. Özünə mümkün qədər çox inanmalısan və komandamızda bu var. Öz oyunumuzla hər şeyə nail ola bilərik. Vacib anlarda özümüzü göstərə bilirik. Və biz bunu yenidən etməyə hazırıq!"

 

Qeyd edək ki, PSJ – "Arsenal" oyunu bu gün Parisdə keçiriləcək.  İlk görüş Fransa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.