DÇ-2030-un açılış və final oyununu qəbul etməyə namizəd stadionlar bəlli olub. Sport24.az xəbər verir ki, bunu FİFA-nın mətbuat xidməti açıqlayıb.

 

Mundialın iki ən əsas oyununun keçirilməsinə üç arena namizəddi. Bu görüşlər Madriddəki "Santyaqo Bernabeu", Barselonadakı "Kamp Nou" və ya Kasablankadakı Kral II Həsən stadionlarından birində baş tutacaq. Ümumilikdə isə çempionatın matçları 20 şəhərin 24 arenasında keçiriləcək.

 

Qeyd edək ki, dünya çempionatlarının 100 illiyinə təsadüf edəcək mundial 6 ölkədə keçiriləcək. İspaniya, Portuqaliya və Mərakeş ilə yanaşı, Cənubi Amerika ölkələri Argentina, Uruqvay və Paraqvay da DÇ-2030-a ev sahibi olacaq. Sonuncu üç ölkənin hərəsi bir matç qəbul edəcək.