DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsi davam edir. Sport24.az xəbər verir ki, bu gün daha 3 qrupda IV turun matçları keçiriləcək.

Polşa Finlandiyanın, Malta isə Niderlandın qonağı olacaq. Rumıniya "doğma divarlar"arasında Kipri qonaq edəcək.

 

İyunun 7-də millimizlə yoldaşlıq görüşündə üz-üzə gələn Latviya Riqada Albaniya ilə qarşılaşacaq.

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsi
IV tur, 10 iyun

 

G qrupu
22:45 Niderland - Malta
22:45 Finlandiya - Polşa

 

H qrupu
22:45 Rumıniya - Kipr
22:45 San Marino - Avstriya

 

K qrupu
22:45 Latviya - Albaniya
22:45 Serbiya – Andorra