Bu gün Fernandu Santuşun baş məşqçisi olduğu Azərbaycan millisi növbəti yoldaşlıq görüşünə çıxacaq. Sport24.az xəbər verir ki, millimiz "Liv Bona Dea Arena"da Macarıstanı qəbul edəcək.
Yığma bu rəqiblə əvvəlki görüşlərin heç birində qələbə qazana bilməyib.
Qeyd edək ki, Azərbaycan millisi 3 gün öncə Latviya ilə yoldaşlıq matçından qolsuz heç-heçə ilə ayrılıb.
Yoldaşlıq görüşü
10 iyun
20:00. Azərbaycan - Macarıstan 1:2
Qol: Barnabas Varqa, 5, Renat Dadaşov, 7, Dominik Şoboşlai, 34
Baş hakim: Viktor Şimusik (Belarus)
Mərdəkan. "Liv Bona Dea Arena"
Azərbaycan: Rza Cəfərov, Bəhlul Mustafazadə, Rəhman Daşdəmirov, Cəlal Hüseynov, Abbas Hüseynov, Elvin Cəfərquliyev, İsmayıl İbrahimli, Emin Mahmudov (k), Anatoli Nuriyev, Mahir Emreli, Renat Dadaşov
Macarıstan: Balaş Tot, Vili Orban, Loik Neqo, Marton Dardai, Andras Şafer, Bendequz Bolla, Zolt Nagi, Aleks Tot, Roland Şallai, Dominik Şoboşlai (k), Barnabas Varqa