Paraqvay prezidenti Santyaqo Pena milli komandanın DÇ-2026-da 1/8 final mərhələsinə yüksəlməsi şərəfinə bu gün ölkədə istirahər günü elan edib. Sport24.az xəbər verir ki, ölkə başçısı bununla bağlı "X" sosial şəbəkəsində paylaşım edib:
"Bu gün bütün ölkə bayram edir. Kimliyimizin mahiyyətini əks etdirən milli komandanın qələbəsini qeyd edirik: döyüş ruhu, inanc və heç vaxt təslim olmayan bir xalqın gücü.
Böyük sevincə və milyonlarla paraqvaylını bir bayraq altında birləşdirdiyiniz üçün sizə təşəkkür edirəm. 6280 nömrəli Fərman: Yaxşı şeylər gözləyənlərə gəlir. İrəli, Paraqvay!"
Qeyd edək ki, 1/16 final mərhələsində Almaniyanı penaltilər seriyasında mübarizədən kənarlaşdıran Paraqvay millisi 1/8-də Fransa - İsveç cütünün qalibi ilə qarşılaşacaq.