"Barselona"nın müdafiəçisi Andreas Kristensen klubdan ayrılacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, 29 yaşlı danimarkalı yay transfer dönəmində Kataloniya komandasını tərk edəcək.
Qeyd edək ki, Kristensen 2024/25 mövsümündə cəmi 6 oyun keçirib və 3 sarı vərəqə ilə yadda qalıb. Müdafiəçi zədə səbəbindən mövsümün çox hissəsini buraxmaq məcburiyyətində qalıb.