İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Dani Olmo komandanın qarşıdakı Superkubok matçı, oyundaxili rotasiya və öz fiziki durumu ilə bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, futbolçu Superkubok barədə danışarkən komandanın tam hazır olduğunu və onu səbirsizliklə gözlədiklərini bildirib.
Olmo dünən "Espanyol"la oyunda ehtiyatdan meydana daxil olan futbolçuların vurduğu qollara da münasibət bildirib:
"Əvəzetmədən meydana çıxan iki futbolçu qol vurdu? Bəli, kim əsas heyətdə başlayır, kim sonradan oyuna daxil olur, fərqi yoxdur, biz hər zaman diqqətli olmalıyıq. Axırda hər şey onunla bağlıdır ki, biz bir komandayıq; biz hamımız birlikdə qalib gəlirik və birlikdə uduzuruq və nəticədə hər kəs öz töhfəsini verməlidir".
Öz sağlamlıq durumu ilə bağlı suala isə Olmo belə cavab verib:
"Mənə daha çox bərpa vaxtı lazımdırmı? Xeyr, hər şey qaydasındadır. Axı son zədə sadəcə gözlənilməz bir narahatlıq idi. Mən həmişə irəli baxmağa çalışıram, eyni düşüncə ilə, eyni güclə meydanda həmişə sevdiyim və hiss etdiyim o duyğuları geri qaytarmaq üçün".