UEFA Çempionlar Liqasında növbəti mərhələ şansını itirən daha iki komanda müəyyənləşib. Sport24.az xəbər verir ki, bu, Liqa mərhələsinin VI turunun oyunlarından sonra bəlli olub.

 

İspaniyada "Atletiko"ya 1:3 hesabı ilə uduzan Slovakiya "Slovan"ı və Almaniyada "Ştutqart"a 1:5 hesabı ilə yenilən İsveçrə "Yanq Boys"ı Liqa mərhələsi ilə vidalaşıb.

 

Bütün görüşlərdə uduzan komandalar müvafiq olaraq 35 və 36-cı pillələrdə qərarlaşıblar.

 

Qeyd edək ki, daha əvvəl Almaniya təmsilçisi "Leyptsiq" növbəti mərhələ şansını itirib.