"Real"ın yarımmüdafiəçisi Cud Bellinqem klub rəhbərliyindən həmyerlisi və "Kristal Pelas"ın yarımmüdafiəçisi Adam Uortonun transferini istəyib. Sport24.az xəbər verir ki, bu barədə "E-Notícies" məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, 21 yaşlı futbolçu "Los Blancos"un heyətini gücləndirə, müdafiə planında komandaya faydalı ola bilər. 

 

"Kristal Pelas" isə Uortonu 80 milyon avrodan aşağı satmaq fikrində deyil. 

 

Qeyd edək ki, yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 24 oyunda meydana çıxıb və 3 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir.  avrodur.