İngiltərəli yarımmüdafiəçi Cob Bellinqhem Dortmund "Borussiya"sından ayrılmağı düşünür. Sport24.az xəbər verir ki, bu barədə insayder Saşa Tavolieri sosial media hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, 20 yaşlı futbolçu meydana az çıxmasından narazıdır. O, yayda Almaniya klubuna keçib, lakin o vaxtdan bəri istədiyi qədər oyun vaxtı qazanmayıb. 

 

Mövsümün əvvəlindən bəri Bellingham bütün turnirlərdə 9 oyuna çıxıb, lakin qol hesabını aça bilməyib. 

 

Qeyd edək ki, Job "Real"ın yarımmüdafiəçisi Jude Bellingemin kiçik qardaşıdır. Onun Dortmund klubu ilə müqaviləsi 2030-cu ilə qədərdir.