"Real"ın yarımmüdafiəçisi Çud Bellingem gələcəkdə "Golden Boy" mükafatını kimin qazana biləcəyi ilə bağlı fikirlərini bölüşüb.

 

Sport24.az "Marca"-ya istinadən xəbər verir ki, ingilis futbolçu üç nəfəri namizəd olaraq görür: "Mən üç ad çəkəcəm. Əvvəla, Arda Gülər ​​fenomendir, onu məşq edərkən görürük və sevinirik. Sonra, "Borussiya"dan keçmiş komanda yoldaşım Gittens. Və nəhayət, qardaşım Cob Bellingem".

 

 Bellingem İtaliyanın "Tuttosport" nəşri tərəfindən mövsümün sonunda ən yaxşı gənc futbolçuya verilən 2023-cü il üçün "Godlen Boy" mükafatına layiq görülüb.