"Milan"ın baş məşqçisi Serjiu Konseysau A Seriyasında "Udineze"yə qalib gəldikləri oyunu şərh edib. Sport24.az yerli mətbuata istinadən xəbər verir ki, mütəxəssis 4:0 hesabıyla bitən görüşlə bağlı bunları deyib:
"Avrokuboklara düşmək şanslarımıza inanırammı? Bütün diqqətimiz işdədir. Çox danışmaq lazım deyil. Əsas nəticələrdir və indi mühüm qələbə qazandıq və ardını gətirməliyik".
"Milan" A Seriyasında 51 xalla 9-cu sıradadır. "Qırmızı qaralar" avrokuboklar zonasından – 6-cı pillədən 4 xal uzaqdadır.