Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" Türkiyə I Liqasında növbəti oyununa çıxıb. Sport24.az xəbər verir ki, həmyerlimizin komandası XXII tur çərçivəsində səfərdə "Çorum"la qarşılaşıb.  

 

Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi yekunlaşıb. Start heyətində yer alan Coşqun sona qədər meydanda olub.

 

Qeyd edək ki, ardıcıl üçüncü matçında uduzan "Bandırmaspor" turnir cədvəlində aşağı pilləyə yuvarlanıb. Coşqunun komandası hazırda 34 xalla 5-ci yerdə qərarlaşıb. "Çorum" isə xallarının sayını 35-ə çatdırmaqla 4-cü yerə yüksəlib.