Dünən keçirilən oyunlardan sonra Çempionlar Liqasında "həftəninn oyunçusu" mükafatına namizədlər müəyyənləşib. Sport24.az xəbər verir ki, bununla bağlı UEFA-nın mətbuat xidməti məlumat yayıb.

 

Namizədlər arasında "Qarabağ"la matçda 4 qol vuran "Nyukasl"ın hücumçusu Entoni Qordon (6-1), "Monako" ilə oyunda dubl edən PSJ-nin vingeri Desir Due (3-2), "Bodö-Qlimt"in hücumçusu Kasper Höq ("İnter"ə qarşı oyunda qol və iki məhsuldar ötürmə) və "Olimpiakos"la görüşdə iki qol vuran "Bayer"in hücumçusu Patrik Şik (2-0) yer alıb.

 

Qeyd edək ki, qalib qitə futbol qurumunun əhifəsində keçirilən səsvermə ilə müəyyənləşəcək.