“Mançester Siti” və Dortmund “Borussiya"sı arasında İngiltərədə keçirilən Çempionlar Liqasının (ÇL) 1/4 finalının ilk oyunundan sonra maraqlı hadisə baş verib. Sport24.az xəbər verir ki, görüşün başa çatandan ərhal sonra rumıniyalı yan xətt hakimi Oktavian Şövre qonaqların 20 yaşlı ulduz hücumçusu Erlinq Holanda yaxınlaşaraq, ondan avtoqraf alıb.
"Mançester Siti"nin sabiq oyunçuları Ouen Harqrivz və Coleon Leskott hakimin bu addımını tənqid ediblər.
“Təbii ki, hər bir başqa insan kimi siz də oyunçunun (Holandın) pərəstişkarı ola bilərsiz, amma bunu belə vaxt etmək olmaz, bu, sadəcə, düzgün deyil” - deyə Harqrivz bildirib. Leskottun fikrincə isə bu, sadəcə, uşaqlıq kimi görünürdü: “Bunun üçün heç vaxt uyğun vaxt olmur, belə davranış hakim üçün yaxşı heç nə vəd etmir".