İtaliyanın “Cenoa” klubunda baş məşqçi təyinatı gerçəkləşib.

Sport24.az xəbər verir ki, A Seriyası təmsilçisinin “sükan”ı Aleksander Blessinə tapşırılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Blessinlə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.

Alman mütəxəssis bu vəzifədə bir müddət əvvəl istefaya göndərilən Andrey Şevçenkonu əvəzləyib.