UEFA Çempionlar Liqasında həftənin ən yaxşı qolunun müəllifi açıqlanıb. Sport24.az xəbər verir ki, Dortmund "Borussiya"sının müdafiəçisi Yen Maatsenin 1/4 final mərhələsində İspaniya "Atletiko"su ilə cavab görüşündə vurduğu qol ən yaxşı seçilib.

 

22 yaşlı niderlandlı oyunçu komanda yoldaşı Niklas Fyullkruq, həmçinin Vitinya (PSJ, Fransa) və Coşua Kimmixlə ("Bavariya", Almaniya) mübarizədən qalib ayrılıb.

 

Qeyd edək ki, "Atletiko" üzərində cavab görüşündə 4:2 hesablı qələbə qazanan "Borussiya" yarımfinala yüksəlib. "Borussiya"nın yarımfinaldakı rəqibi PSJ olacaq.