"Reyms" baş məşqçisi Uill Stilli istefaya göndərib. Sport24.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

 

31 yaşlı belçikalı mütəxəssis 2022-ci ildə Fransa klubuna baş məşqçi təyin edilib.

 

Qeyd edək ki, "Reyms" Fransa Liqa 1-də cari mövsüm XXXI turdan sonra 40 xalla 11-ci pillədə qərarlaşıb.