UEFA Çempionlar Liqasının pley-offunda cavab oyunlarına start verilib. Sport24.az xəbər verir ki, üç qarşılaşmada liqa mərhələsinə yüksələn 3 komanda bəlli olub.

 

Liqa mərhələsinə vəsiqələrin sahibləri Avstriya, Türkiyə və Çexiyada dəqiqləşib. Səfərdə "Yanq Boyz"a uduzan "Qalatasaray" İstanbulda revanş ala bilməyib. İsveçrə çempionu 1:0 hesabı ilə qələbə qazanıb.

 

"Zalsburq" Kiyev "Dinamo"sunu, "Sparta" isə "Malmö"nü mübarizədən kənarlaşdırıb. Pley-offa avqustun 28-də yekun vurulacaq.

 

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları

27 avqust

"Qalatasaray" (Türkiyə) – "Yanq Boyz" (İsveçrə) 0:1 (ilk oyun 2:3)

"Zalsburq" (Avstriya) – "Dinamo" (Kiyev, Ukrayna) 1:1 (2:0)

"Sparta" (Praqa, Çexiya) – "Malmö" (İsveç) 2:0 (2:0)