"Çelsi"nin sabiq baş məşqçisi Qrem Potter yenidən Premyer Liqada işləyəcək. Sport24.az xəbər verir ki, mütəxəssis "Vest Hem"ə rəhbərlik edəcək.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. London təmsilçisi Potterlə 2,5 illik müqavilə imzalayıb.

 

"Vest Hem"də dünən baş məşqçi Xulen Lopeteqi ilə yollar ayrılıb.

 

Komanda Premyer Liqada 20 turdan sonra 23 xalla 14-cü sıradadır.