"Bornmut"un çalışdırcısı Andoni İraola "Çelsi"nin baş məşqçisi postuna namizəd kimi nəzərdən keçirilir. Sport24.az xəbər verir ki, bu barədə "Mail" nəşri məlumat yayıb.
43 yaşlı mütəxəssis Liam Roseniorun istefeya göndərilməsindən sonra "zadəganlar"ın baş məşqçisi postuna namizədlərdən biridir.
Bir müddət əvvəl İraola "Bornmut" rəhbərliyinə cari mövsümün sonunda işindən ayrılacağını bildirib. İspaniyalı mütəxəssisin "Bornmut"la müqaviləsi 2026-cı ilin yayında başa çatır. "Aalbalılar" artıq onun yerinə kimin gələcəyini açıqlayıb. Komanda 2026/27 mövsümünə Marko Rouzun rəhbərliyi altında hazırlaşacaq.
İraola 2023-cü ilin iyulundan "Bornmut"un "sükanı arxasına" keçib. Komanda onun rəhbərliyi altında ötən mövsümü doqquzuncu yerdə başa vurub və həmçinin FA Kubokunun dörddəbir finalına çıxıb.
Qeyd edək ki, hazırda aktivində 48 xal olan "Çelsi" turnir cədvəlində yeddinci yerdədir.