"Çelsi" "Mançester Yunayted"in cinah oyunçusu Alexandro Qarnaçonun transferi üçün hərəkətə keçib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, iki klub arasında danışıqlar yekunlaşmaq üzrədir.

 

Argentinalı özü də "Çelsi"nin formasını geyinmək istəyir və artıq klubla şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb.

 

Qeyd edək ki, Qarnaço Ötən mövsüm Qarnaço Premyer Liqada 36 matçda iştirak edib, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.