"Çelsi" "Strasburq" yarımmüdafiəçisi Valentin Barko ilə razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial media hesabında məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, hər iki klubun eyni sahibkarlıq strukturu olan BlueCo-ya məxsus olması, transferin daha sürətli və problemsiz tamamlanmasını təmin edir. "Çelsi" rəhbərliyi istənilən an bu keçidi rəsmi şəkildə elan edə bilər.

 

Qeyd edək ki, Valentin Barko bu mövsüm Liqa 1-də 25 oyunda iştirak edib, 1 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.