Çelsi "Renn"in müdafiəçisi Jeremi Jake ilə razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial media hesabında məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, 20 yaşlı fransız bu qış "Çelsi"yə keçməyə razılıq verib.

 

London klubu hazırda "Renn"lə danışıqlar aparır. Fransa tərəfi akademiyanın yetirməsinin satışından klub üçün rekord hesab olunacaq məbləğ- 65 milyon avro əldə edəcəyinə ümid edir. Lakin "Çelsi" rəsmiləri bununla razılaşmır və daha az vəsait təklif edir. 

 

Qeyd edək ki, Jake bu mövsüm Liqa 1-də 16 oyunda iştirak edib.