"Ayaks" Oleksandr Zinçenkonu icarəyə götürməklə bağlı "Arsenal"la şifahi razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, müqavilə iyun ayına qədər qüvvədədir. Ukraynalı futbolçu bu gün tibbi müayinədən keçmək üçün "Nottingem Forest"dən ayrılaraq Amsterdama uçacaq. 

 

Qeyd edək ki, müdafiəçi 2025-ci ilin yayında icarə əsasında "Arsenal"dan "Nottingem Forest"ə keçib. Zinçenko cari mövsümdə Premyer Liqada 4-ü əsas heyətdə olmaqla cəmi 10 oyunda meydana çıxıb.