Bolqarıstan çempionatında XXX tura yekun vurulub. Sport24.az xəbər verir ki, Cəlal Hüseynovun şərəfini qoruduğu "Arda" "doğma divarlar" arasında  Sofiya ÇSKA-sı ilə üz-üzə gəlib.

 

Matç qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Start heyətində yer almayan futbolçumuz 72-ci dəqiqədə meydana çıxıb.

 

Qeyd edək ki, "Arda" hazırda 39 xalla 9-cu pillədə qərarlaşıb.