"Bornmut"un 26 yaşlı hücumçusu Castin Klyuvert üç ay ərzində iki dəfə sürət həddini aşdığına görə sürücülük hüququndan məhrum edilib. Sport24.az xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.

 

Klyuvert indi altı ay müddətinə sürücülük hüququndan məhrum ediləcək. O, həmçinin cəriməni və məhkəmə xərclərini ödəməlidir. Hücumçunun vəkili Ueymut Magistrat Məhkəməsinə bildirib ki, Klyuvert günahını etiraf edib və cəzanı qəbul edib.

 

Qeyd edək ki, forvard cari mövsümdə "Bornmut"un heyətində bütün turnirlərdə 9 oyuna çıxıb və 1 qola imza atıb.