Fransa Liqa 1-də mövsümün ən yaxşı futbolçusu adına namizədlər məlum olub. Sport24.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Liqa 1-də mövsümün ən yaxşı futbolçusu adına “Lill”dən Burak Yılmaz, PSJ-dən Neymar və Kilian Mbappe, Lion “Olimpik”indən Memfis Depay və “Monako”dan Vissam Ben Yedder namizəd olub.

“Lill”də çıxış edən türk hücumçu Burak bu mövsüm Liqa 1-də 15 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Liqa 1-də sona 2 tur qalmış lider “Lill”dir.