Almaniyanın “Leyptsiq” klubu baş məşqçisi Cessi Marşla yollarını ayırıb.

Sport24.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

48 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Cessi Marş 2021-ci ilin iyul ayından “Leyptsiq”də baş məşqçi idi.

Komanda Bundesliqada 14 turdan sonra 18 xalla 11-ci pillədə qərarlaşıb.