"Barselona"nın yarımmüdafiəçisi Pedri Çempionlar Liqasının 1/4 finalında PSJ ilə cavab qarşılaşması ilə bağlı gözləntilərini bölüşüb.

Sport24.az xəbər verir ki, ispaniyalı futbolçu mətbuat konfransında bu cür matçlarda iştirak edəcəyinə çoxdan ümid etdiyini bildirib:

"Ola bilsin ki, PSJ ilə matç karyeramın ən vacib oyunudur. Mən bunu ancaq Avropa çempionatının İtaliyaya qarşı yarımfinal oyunu ilə müqayisə edə bilərəm. Bu cür matçlarda iştirak edəcəyimə çoxdan ümid edirdim".