Nyukasl" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində "Qarabağ"la qarşılaşma öncəsi heyətlə bağlı yenilikləri edib. Komandanın yarımmüdafiəçisi Joelinton zədəsini sağaldaraq Bakıda keçiriləcək görüş üçün hazır vəziyyətə gəlib. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun baş məşqçisi Eddi Hau oyundan əvvəl keçirilən mətbuat konfransında açıqlayıb.

İngiltərəli mütəxəssis brazilyalı futbolçunun matçın iştirak ərzəsində yer alacağını bildirib. Yanvar ayında "Aston Villa" ilə oyunda aldığı qasıq nahiyəsindən zədə səbəbindən yaşıl meydanlardan uzaq qalan futbolçu artıq tam hazırdır.

Qeyd edək ki, "Qarabağ" – "Nyukasl" matçı bugün saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq