Ötən gecə qadınlar arasında Amerika Kubokunun qalibi müəyyənləşib. Sport24.az xəbər verir ki, həlledici matçda Kolumbiya Braziliya ilə üz-üzə gəlib.

 

Əsas vaxt 3:3 hesabı ilə başa çatan görüşün əlavə vaxtında komandalar hərəyə daha bir qol vurub. Marta Braziliya yığmasının heyətində dubla imza atıb.

 

Penaltilər seriyasında isə braziliyalılar daha dəqiq olub - 5:4.

 

Qeyd edək ki, Braziliya üçün bu, artıq 9-cu qələbədir - turnirin rekordu. Bir dəfə isə Argentina kuboku baş üzərinə qaldırıb.