"Beşiktaş" heyətini qambiyalı futbolçu ilə gücləndirməyi planlaşdırır. Sport24.az xəbər verir ki, İstanbul klubu "Komo"nun vingeri Aliu Fadera ilə maraqlanır.
"Qara qartal" yayda onun keçidini həll etməyə hazırlaşır. Qambiya millisinin üzvü özü də Türkiyəyə yollanmaqda maraqlıdır.
2024-cü il avqustun 14-dən "Komo"da çıxış edən Fadera 2028-ci il iyunun 30-na qədər bu kluba məxsusdur.