“Beşiktaş”ın uzun müddətdi davam edən stadion üçün sponsor axtarışı, nəhayət, başa çatdı.
Sport24.az xəbər verir ki, daha öncə “Qazprom” və “Emireyts” kimi şirkətlərlə anlaşmağa yaxın olan, amma müxtəlif səbəblərdən danışıqları başa çatdıra bilməyən İstanbul nəhənginin yeni sponsoru “Türpaş” şirkəti olub.

2013-cü ildən bəri “Qartal”ın əsas sponsoru “Vodafon” şirkəti idi. Elə komandanın 2016-da istifadəyə verilən yeni stadionu da “Vodafon Park” adlanırdı. 2013-cü ildə tərəflər arasında 10+5 şərti ilə müqavilə imzalansa da, bu yay “Vodafon” “qara qartallar”la əmədaşlığı bitirmək qərarına gəldi. Başqan Ahmet Nur Çəbinin uzun müddətdi davam edən sponsor axtarışı bəhrəsini verib.

“Tüpraş” şirkəti ilə üçillik müqavilə imzalandı. Beləliklə, komandanın stadionu avrokubok oyunları zamanı “Beşiktaş Park”, qalan vaxtlarda isə “Tüpraş Stadionu” adlanacaq. 
Qeyd edək ki, “Koç Holdinq” tərəfindən idarə olunan “Tüpraş” Türkiyənin ən böyük və ən uğurlu neft şirkətidi. “Tüpraş”a Türkiyədə neft emal edən 4 zavod məxsusdu.