Portuqaliyanın "Benfika" klubu baş məşqçi Joze Mourinyonun Lissabon klubundan ayrılacağı təqdirdə onun yerinə başqa bir namizəd seçib. Sport24.az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira sosial media hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, "Benfika"nın yeni məşqçisi hazırda İngiltərənin "Fulham" klubunda çalışan portuqaliyalı Marko Silva olacaq.
Qeyd edək ki, bir neçə gün öncə mətbuatda Mourinyonun yeni mövsümdən "Real"ın "sükanı arxasına" keçəcəyi ilə bağlı xəbərlər yayılıb.