"Qarabağ"ın Avropa Liqasında yer aldığı qrupun favotiri olan "Bayer" nigeriyalı hücumçu Viktor Oko Bonifası turnir üçün sifariş edib. Sport24.az xəbər verir ki, bu yay "Union Berlin"dən Leverkuzen klubuna keçəm 23 yaşlı futbolçu ispaniyalı baş məşqçisi Xabi Alonsonun qarşısına başqa seçim qoymayıb.
Belə ki, Viktor cari çempionata çox yaxşı başlayaraq 5 qol vurub, 2 məhsuldar ötürmə verib.
Özü də Bonifas Avroliqada keçən turnirdə "Mançester Yunayted"in hücumçusu Markus Reşfordla birgə hərəyə 6 qolla turnirin bombardiri olmuşdu.
Qrupda mübarizəyə İsveçin "Hekken" klubuyla ev matçıyla başlayacaq "Bayer"in heyətində ciddi itkilər var. Belə ki, Patrik Şik, Noa Mbamba və Artur matçı sabahkı görüşü buraxacaqlar. Daha 2 futbolçunun iştirakı isə sual altındadı. Şikin yoxluğu Viktorun əsas heyətdə meydana çıxmaq şanslarını artırır.
Xatırladaq ki, "Bayer" hazırda Almaniya Bundesliqasının lideridi.