"Bayer" "Liverpul"dan müdafiəçi Jarrella Kuansı transfer etdiyini açıqlayıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Müqavilə 2030-cu ilin iyunun sonuna kimi nəzərdə tutulub. Müdafiəçi Leverkuzen klubunda 4 nömrə altında çıxış edəcək.

 

Qeyd edək ki, Kuansı "Liverpul"un yetirməsidir. 22 yaşlı müdafiəçi ötən mövsüm bütün turnirlər nəzərə alınmaqla İngiltərə çempionunun heyətində 25 oyun keçirib.